Azərbaycana narkotik keçirməyə cəhd edən 2 nəfər saxlanılıb - FOTO

Mart ayının 4-də saat 04:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 2 nəfər saxlanılıb. Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Onların Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Bədəlov Nur Məhərrəm oğlu və 1990-cı il təvəllüdlü Hüseynova Gülnar Maqsud qızı olmaları müəyyənləşdirilmiş, əllərindəki bağlamalara baxış zamanı içərisində təxmini çəkisi 15 kiloqram 985 qram narkotik vasitəyə (860 qram “tiryək”, 15 kq 10 qram “marixuana”, 60 qram “heroin”, 55 qram metamfetamin və 1650 ədəd “preqabalin” həbi) bənzər maddələraşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Fidan
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ













