Azərbaycanda 4-cü doza tələbi nə vaxt olacaq?

Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvəndin 4-cü dozası tələb oluna bilər.
Avtosfer.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib. Həkimin fikrincə, 3 doza vaksin effektiv spesifik immun cavabın formalaşması üçün yetərlidir:
“Lakin bəzən növbəti dozanın tətbiqinə də ehtiyac yarana bilər. Bu da fərdin orqanizminin vəziyyəti, risk faktorları nəzərə alınaraq təyin olunur”.
Nicat Əzimli qeyd edib ki, koronavirusa yoluxmaların sürətlə artmasının əsas səbəbi hazırda yayılmaqda olan hiper-kontaqioz xüsusiyyətli “Omikron” variantıdır.
Həkim deyib ki, qarşıdakı bir neçə həftə ərzində yoluxmaların sayında artım davam edəcək.
Qeyd edək ki, hazırda İsrail vətəndaşlarına 4-cü dozanı tətbiq edir.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












