Azərbaycanda balığın qiyməti bahalaşdı - Qiymət artımı nə qədərdir? - VİDEO

Balığın qiyməti də bahalaşıb. Alıcılar ötən illə müqayisədə bahalaşmanın 3-5 manat arasında olduğunu deyirlər. Satıcılar dəniz balıqlarının qiymətinin artıdığını təsdiqləyirlər. Bildiriblər ki, yerli təsərrüfatlarda yetişdirilən balıqların qiymətində isə ciddi dəyişiklik yoxdur.
Ət və bir sıra digər ərzaq məhsullarının bahalaşması fonunda, balıq qiymətlərində də artım müşahidə edilir. Alıcılar deyirlər ki, növündən asılı olaraq balıqlar 3-5 manat arası bahalaşıb.
Uzun illərdir balıq satışı ilə məşğul olan İlkin Novruzov deyir ki, qiymət artımı əsasən dəniz balıqlarında özünü göstərir. Onun sözlərinə görə bahalaşmaya səbəb xüsusilə bu aylarda bəzi balıq növlərinin ovuna qoyulan qadağadır. Bu səbəbdən həmin balıqlar ya tapılmır, ya da az miqdarda digər ölkələrdən - İran və Rusiyadan gətirilir.
Satıcılar təsərrüfatlarda yetişdirilən balıqların qiymətinin dəyişmədiyini deyirlər...
Bildirildi ki, qiymətlər bəzi balıq növlərinin ovuna qoyulan qadağa bitəndən sonra enə bilər.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











