Azərbaycanda elektron tibbi reseptlər olacaq - RƏSMİ

“Azərbaycanda nəzərdə tutulan mühüm inkişaf prosesinin əsaslarından biri də rəqəmsal səhiyyə islahatlarıdır. İqtisadiyyatın digər sahələri kimi müasir çağırışda əsas rəqəmsal iqtisadiyyatın bir hissəsi olaraq rəqəmsal səhiyyə sistemi də çox vacibdir”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. Nazirin sözlərinə görə, keçmiş səhiyyə paradiqmasında mərkəzdə tibb xidmətinin təminatçısı, arxasında isə tibb müəssisəsi və avadanlıq dayanırdı. “Yeni paradiqma isə sırf pandemiya dövrü ilə bağlı faktiki olaraq gündəmə çıxdı və biz buna yenidən baxmağa məcbur olduq. Bütün dünya bu yolu gedir. Artıq mərkəzdə sırf vətəndaş durur, səhiyyə sistemi isə vətəndaşın ətrafında qurulur və ona əlçatanlığı təmin edir. Rəqəmsal səhiyyə bir neçə hissədən ibatətdir. İlk növbədə elektron resept, həkim qəbuluna elektron qeydiyyat sistemidir və tibbi məlumatlar toplusunun formalaşdırılmasıdır. Bir sözlə rəqəmsal səhiyyə strategiyası çoxmodullu istiqamətdir. Nəticədə vətəndaş bir-iki toxunuşla məqsədi üzrə səhiyyə sistemi ilə təmasda olacaq”, - deyə nazir əlavə edib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










