Azərbaycanda məşhur sığorta şirkəti LƏĞV EDİLİR

"AtaSığorta" sığorta şirkətinin sığorta portfeli "Atəşgah" sığorta şirkətinə ötürülüb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, "AtaSığorta" ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən "Atəşgah" Sığorta Şirkəti ASC-yə ötürülüb. Yəni indiyədək əmlakı və ya məsuliyyəti "AtaSığorta"da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa, bununla bağlı artıq "Atəşgah" sığorta şirkətinə müraciət etməli olacaq.
Qeyd edilib ki, bu qayda "Sığorta fəaliyyəti haqqında" Qanunun 72-ci maddəsi ilə tənzimlənir.
Xatırladaq ki, ötən ilin sonuna "AtaSığorta" şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin edib. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lisenziyasını da ləğv edəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












