Azərbaycanda orta aylıq maaşlar ARTIRILIR – Artım faizi AÇIQLANDI

“Azərbaycan qanunvericiyinə əsasən, həm əmək pensiyaları, həm də pensiya kapitalı indeksasiya olunur. Yəni hər iki vəsait hər ilin əvvəlində keçən ilin göstəricilərinə əsasən indeksasiya olunur”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O deyib ki, əmək pensiyaları əvvəlki illərdə orta aylıq əmək haqqının artım faizi ilə indeksiyasiya olunur.
V.Bayramov qeyd edib ki, yanvarın ikinci yarısında orta aylıq əmək haqqı və inflyasiya ilə bağlı son rəqəmlərin elan olunacağı gözlənilir:
“Buna əsasən də indeksasiya həyata keçiriləcək. Hələlik Statistika Komitəsi tərəfindən rəsmi rəqəmlər elan olunmayıb. İlkin göstəricilərə əsasən, orta aylıq əmək haqqının 5,3 faiz artacağı gözlənilir. İnflyasiya səviyyəsi nisbətən yüksək, 7 faizə yaxındır. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra indeksasiya həyata keçiriləcək və əmək pensiyaları tam olaraq indeksasiya olunacaq”.
"Məsələn, əgər əmək pensiyasının məbləği 500 manatdırsa, 2021-ci ildə orta aylıq əməkhaqqı nə qədər artıbsa, həmin artım faizinə indeksasiya olunacaq. Yəni, həmin artım faizi qədər 500 manatın üzərinə vəsait gələcək", -sonda o qeyd edib.
Deputatın sözlərinə görə, əvvəlki ildə orta aylıq əməkhaqqı nə qədər artırsa, nəticədə bu, əmək pensiyalarının həmin faizə uyğun olaraq artmasına gətirib çıxarır:
“Eyni zamanda, pensiya kapitalı əvvəlki ilin inflyasiya göstəricisinə uyğun indeksasiya olunur. Bu zaman inflyasiya göstəricisinə uyğun olaraq, pensiya kapitalının indeksasiyası həyata keçirilir. Burada məqsəd pensiya kapitalının məbləğinə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdır. Nəzərə alsaq ki, hər iki, həm orta aylıq əmək haqqı, həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur, onda deyə bilərik ki, həmin rəqəmlərə uyğun indeksasiya ilə bağlı qərar önümüzdəki günlərdə veriləcək”.
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO










