“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin siyahısını hazırlayıb.
Siyahıya əsasən, “Azərlotereya” ölkə üzrə ən çox vergi ödəyən 100 vergi ödəyicisi arasında 16-cı yerdə qərarlaşıb. Qeyri-neft sektoru üzrə isə “Azərlotereya” 6-cı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi yönündə verdiyi töhfəni bir daha nümayiş etdirib.
“Azərlotereya” 2025-ci ildə dövlət büdcəsinə 100,7 milyon manat vergi ödəyib. Bu göstərici əvvəlki illə müqayisədə artım nümayiş etdirir. Belə ki, şirkət 2024-cü ildə 92,4 milyon manatvergi ödəyərək ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi çıxış etmişdi.
Son illər fəaliyyətini daha da genişləndirən “Azərlotereya” yalnız oyun sənayesinin inkişafına və istehlakçı maraqlarının qorunmasına deyil, həmçinin ölkə iqtisadiyyatına, çox sayda insanın işlə təmin etməklə əmək bazarının inkişafına və dövlət büdcəsinin formalaşmasına, o cümlədən sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə mühüm töhfə verir. Şirkətin dövlət büdcəsinə ödədiyi yüksək məbləğdə vergilər, idmanın inkişafına ayrılan vəsait və büdcəyə ödənən digər məcburi ödənişlərlə iqtisadi sabitliyin güclənməsinə və müxtəlif sahələr üzrə inkişaf layihələrinin həyata keçirilməsinə dəstək göstərir.
“Azərlotereya” bundan əlavə ölkədə idmanın inkişafı və xeyriyyə mədəniyyəti və sosial layihələrin həyata keçirilməsi istiqamətində aktiv rol oynayır. Şirkət “Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bundan əlavə, Qarabağın sosial-iqtisadi inkişafına və “Əmanətə sədaqət” layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin təhsilinə dəstək göstərərək sosial məsuliyyət sahəsində mühüm addımlar atır.
“Azərlotereya” bundan sonra da şəffaf və məsuliyyətli fəaliyyət prinsiplərinə sadiq qalaraq ölkə iqtisadiyyatına, idmanın inkişafı və sosial layihələrin icrasına töhfə verməyə davam edəcək.
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO










