“Azərpoçt” bayram günlərində hansı qrafiklə işləyəcək? - AÇIQLAMA

Bayram günlərində “Azərpoçt” MMC-nin hansı qrafiklə fəaliyyət göstərəcəyi açıqlanıb.
Bu barədə Avtosfer.az-a “Azərpoçt” MMC-dən məlumat verilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək. 6, 7, 8 mart tarixlərində qeyd edilən poçt şöbələri aşağıdakı rejimdə işləyəcək:
Mərkəzi Poçt Şöbəsi - saat 09:00-18:00
2 saylı poçt filialının 63 saylı poçt şöbəsi - saat 10:00-17:00
2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri - saat 09:00-17:00
3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri - saat 10:00-17:00
4 saylı poçt filialının 44 saylı poçt şöbəsi - saat 09:00-17:00
Regionlarda yerləşən müştəri xidməti şöbələri - saat 10:00-17:00
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək. Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi - teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO












