Bağlanacağı deyilən məşhur bazar bu əraziyə köçürüləcək

Paytaxtın əsas tikinti materialları ticarəti məkanlarından biri olan Dərnəgül bazarının fəaliyyətinin dayandırılacağı və burada çalışan sahibkarların başqa əraziyə köçürüləcəyi ilə bağlı məlumat yayılıb. Bazarda fəaliyyət göstərən satıcılar ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq aldıqlarını, lakin köçürüləcəkləri yeni ünvanın hələ açıqlanmadığını bildirirlər. Sahibkarları əsas narahat edən məsələ isə fəaliyyətlərini harada və hansı şərtlərlə davam etdirəcəkləridir.
Əgər bazarın fəaliyyəti dayandırılacaqsa, burada çalışan sahibkarların köçürülməsi hansı prinsiplərlə həyata keçirilməlidir? Dərnəgül bazarı kimi böyük ticarət məkanının bağlanması tikinti materialları bazarına və qiymətlərə təsir göstərə bilərmi? Ən əsası, bazar hansı əraziyə köçürülə bilər?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, Dərnəgül Ticarət Mərkəzinin, xüsusilə tikinti materiallarının satıldığı hissənin köçürülməsi Bakı şəhərinin 2022-2040-cı illər üçün Baş Planında nəzərdə tutulan istiqamətlərdən biridir:
“Bu ərazinin köçürülməsi Baş Planda da öz əksini tapıb və buna uyğun olaraq aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməyə başlanılıb. Amma bütün hallarda hesab edirəm ki, həmin ərazinin böyük topdansatış və pərakəndə satış mərkəzi olduğu nəzərə alınmalıdır. Burada fəaliyyət göstərən sahibkarların maraqları da diqqətdə saxlanılmalıdır. Köçürülməni Bakı Şəhər İcra Hakimiyyəti və ya digər aidiyyəti qurum həyata keçirirsə, bütün bu məsələlər nəzərə alınmalıdır”.
R. Osmanlının fikrincə, sahibkarlara başqa ərazidə yer tapmaq və fəaliyyətlərini orada davam etdirmək üçün müəyyən müddət verilməlidir:
“Bildiyim qədərilə, sahibkarlara Abşeron Ticarət Mərkəzi təklif olunub, lakin onların bir hissəsi bununla razılaşmayıb. Hər bir halda, optimal çıxış yolu üçün hesab edirəm ki, sahibkarlara ən azı üç ay vaxt verilməlidir. Çünki orada elə topdansatış və satış mərkəzləri var ki, onların köçürülməsi üçün iki-üç həftə, hətta bir ay belə normal müddət hesab oluna bilməz”.
Köçürülmədən sonra yarana biləcək vəziyyət və qiymət artımı ehtimalına da toxunan ekspert bildirib ki, bazarın fəaliyyətinin dayandırılması ciddi problem yaratmaya bilər:
“Düşünmürəm ki, bu ərazilər köçürüldükdən və fəaliyyət dayandırıldıqdan sonra “dünyanın axırı çatır”, xeyr. Çünki biz analoji hadisələri dəfələrlə müşahidə etmişik. Əminəm ki, həmin sahibkarlar da müəyyən müddətdən sonra özlərinə yeni yer tapacaq və fəaliyyətlərini davam etdirmək üçün daha münasib ərazilər müəyyənləşdirəcəklər”.
Ramil Osmanlı hesab edir ki, böyük ticarət mərkəzlərinin şəhərin mərkəzi hissələrindən köçürülməsi Bakı şəhərinin inkişafı baxımından daha məqsədəuyğundur:
“Burada söhbət sahibkarların fəaliyyətinin tamamilə dayandırılmasından getməməlidir. Şəhər mərkəzində yerləşən belə ticarət obyektlərinin başqa ərazilərə, xüsusilə şəhərdən kənara və ya kənar hissələrə köçürülməsi üçün şərait yaradılmalıdır. Sahibkarların fəaliyyəti dayandırılmadan, onlara alternativ və daha münasib yerlər ayrılmaqla bu proses həyata keçirilməlidir”.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












