Bakı Limanında aşırılan yüklərin böyük hissəsi Türkmənistan mənşəli yüklərin payına düşür

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) quru yük terminalında aşırılan yüklərin əsas hissəsi Türkmənistan mənşəli yüklərin payına düşür.
Avtosfer.az-ın məlumatına görə, bunu “Caspian Energy Club”ın və Türkmənistan Sənayeçiləri və Sahibkarları Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan – Türkmənistan: “ONLAYN B2B Forum”da çıxış edən Bakı Limanının Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Həsənov deyib.
Onun sözlərinə görə, quru yük terminalında aşırılan yüklərin əsas hissəsini də Türkmənistan mənşəli gübrə məhsulları təşkil edir. Ümumiyyətlə, Z. Həsənovun sözlərinə görə, Bakı Limanı tərəfindən nəql edilən yüklərin əhəmiyyətli hissəsi məhz Türkmənistanın payına düşür.
Şöbə müdiri onu da qeyd edib ki, yeni növ koronovirusun pandemiyası iki ölkənin limanları arasında əlaqələrə təsir göstərməyib, əksinə, işlər daha da inkişaf etdirilib.
Xatırladaq ki, 2020-ci ildə Bakı Limanı tərəfindən aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub. Hesabat dövründə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən 28% artaraq 43 218 ədəd olub. Bunlardan 27 934 ədədi (65%) Bakı-Türkmənbaşı-Bakı, 15 284 ədədi isə (35%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Aşırılan konteynerlərin sayında isə 15% artım qeydə alınaraq, TEU ekvivalentində 40 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib.
Bu ilin I rübündə Quru yük terminalında aşırılan yüklərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 51,5% artaraq, 290 883 ton olub ki, bu yüklərin əsas hissəsini də Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












