“Bakı Metropoliteni” ötən il “Rolls-Royse” dan avadanlıq alıb - FOTO

"Bakı Metropoliteni" QSC-nin texniki tələbləri əsasında ötən il “Rolls-Royse Power Systems AG MTU GmbH" şirkətinin istehsal etdiyi, ümumi gücü 39 MVA olan 17 modul dizel-generator isə paytaxtı enerji ilə təmin edən qurumların elektrik yarımstansiyalarında quraşdırılıb.
Bu barədə Avtosfer.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumatda deyilir ki, Bakı metrosu üçün ötən ilin əsas energetika hadisəsi ilk dəfə fərqli layihə əsasında 35 kV-luq yarımstansiyanın istifadəyə verilməsidir. Bununla da, Bənövşəyi xətdə enerji sisteminin optimallıq və təhlükəsiz baxımından təkmilləşdirilməsi, müasir avadanlıqla təmin edilməsi həyata keçirilib. Alternativ enerji mənbəyi ilə təchizat məsələləri də məhz yeni xətlərin layihələndirilməsinin tərkib hissəsidir. Bənövşəyi xətdə bu funksiyanı daşıyan 16 MVA gücə malik dizel-generator stansiyası buna nümunədir. Dizel-generator stansiyasında hər birinin gücü 2 MVA olan 4 dizel-generator istismara verilib. İl ərzində dizel-generatorların fəaliyyəti bir neçə dəfə sınaqdan çıxarılıb, onların normativ sənədlər əsasında baxışı, qulluğu, xidmətini aparan sahələrin təlimat əsasında yoxlanılması həyata keçirilib.
“Bakı Metropoliteni” həm də ötən il qatarlara dartı gücünü verən yarımstansiyanın yenidən qurulmasını da həyata keçirib. Yarımstansiyada “Siemens” şirkətinin istehsalı olan yeni avadanlıqlar yerləşdirilib. Bununla daha bir sahədə enerji təhlükəsizliyi tələbləri tam yeni standartlar səviyyəsinə çatdırılıb. Müxtəlif sahələrdə müasir yanğınsöndürmə və yanğın xəbərdarlığı sistemlərinin quraşdırılması işləri 2021-ci ildə davam etdirilib. “8 Noyabr” stansiyasında ilk dəfə “NOVEC-1230” müasir qazlı yanğınsöndürmə sistemi, kabel kollektorunda “Termokabel” yanğınxəbərverici sistemi quraşdırılıb. Elektrik mühərriklərinin əsaslı təmiri sexində və əsaslı təmir olunmaqla modernləşdirilmiş dartı yarımstansiyasında daha bir müasir “UNİPOS” avtomatik yanğın xəbərverici sistemi, eyni sistemlə təmin edilib. “Nərimanov” deposunun inzibati binasının yanğın təhlükəsizliyi isə “Vers Leon” sistemi ilə təchiz olunub.




Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












