Bakı metropoliteni qışın qarlı-şaxtalı günlərinə hazırdır? - AÇIQLAMA

Yanvar ayının 14-15-də paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Qarlı-çovğunlu günlər qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində böyük problemlər yarada bilər.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qarla mübarizə üçün yaradılan qərargah qışa tam hazırdır.
"Qərargah müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib.
Stansiyalarda da qış tədarükü görülüb. Güclü qar yağıntısı və şaxtalı hava şəraiti müddətində stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz saxlanılır. Stansiya heyətinə əlverişsiz hava şəraitində, xüsusən qarın yağacağı müddətdə görüləcək işlərlə bağlı təlimatlar verilib”, - deyə qurum rəsmisi bildirib.
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB










