Bakı-Sumqayıt qatarında polis reyd keçirdi - FOTO

Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib, 20-yə yaxın şərnişin cərimələnib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qatarlarda, bütün vağzal ərazisində, stansiyalarda müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Stansiyalarda xüsusi ilə də elektrik qatarlarında tibbi maskadan istifadə digər qapalı məkanlarda olduğu kimi zəruridir. Vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarət isə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Polislər nəinki vağzalda, eləcə də vaqonları daxilində sərnişinlərin tibbi maskadan düzgün istifadə etməsinə yol boyu nəzarət edirlər. Karantin qaydalarına əməl etməyən sərnişinlər isə Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Bakı-Sumqayıt elektrik qatarlarında keçirdikləri növbəti profilaktik tədbir zamanı karantin qaydalarına əməl etməyən 20-yə yaxın şərnişin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.
Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən xidməti ərazidə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO














