Bakıda 10-a yaxın binadan liftlərin naqillərini oğurlayan şəxs budur - FOTO - VİDEO

Bakının Bakıxanov qəsəbəsində 10-a yaxın binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Nürəddin Abıyev saxlanılıb.
Tutulan zaman ondan narkotik vasitə heroin də aşkar edilib. Ətrafında keçirilən əməliyyat nəticəsində onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən 10-a yaxın hündürmərtəbəli binanın liftlərinin naqillərini kəsərək oğurladığı məlum olub. Nürəddin Abıyev ifadəsində oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdığını bildirib.
Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Nürəddin Abıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin paytaxtın digər rayonlarının ərazisində də analoji cinayətlər törətməsi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










