Bakıda alternativ enerji hesabına tələbin ödənilməsi mümkündür - AÇIQLAMA

“Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanları genişlənəcək”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan alternativ - bərpa olunan enerjidə (BOE) kifayət qədər böyük potensiala malik olan ölkələrdəndir:
“Azərbaycanda Günəş və külək enerjisindən istifadə imkanları kifayət qədər yüksəkdir. Həmçinin hidroenerji potensialı, xüsusilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra daha da artıb. Eyni zamanda qiymətləndirmələr göstərir ki, küləyin sürəti saniyədə 3-4 metr olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür.
Bakıda küləyin orta sürəti 11 metr/saniyədir. Bu da paytaxtda külək enerjisindən daha sıx şəkildə istifadə imkanları deməkdir. Nəzərə alsaq ki, enerjiyə ən yüksək tələbat Bakıdadır, bu, həmin ehtiyacın yaxın perspektivdə bərpa olunan enerji hesabına ödənilməsinə imkan yarada bilər. Bütövlükdə Azərbaycanın BOE potensialı 27 min meqavat həcmində qiymətləndirilir. Onun 23 min meqavatı Günəş, 3 min meqavatı külək, qalanı isə digər mənbələrin payına düşür”.
Millət vəkili əlavə edib ki, Azərbaycan növbəti illərdə BOE-nin ümumi istehlakda payını artırmaq niyyətindədir:
“2030-cu ilə qədər olan hədəf bərpa olunan enerjinin ümumi istehlakda payının 30 faizə qədər yüksəlməsinə nail olmaqdan ibarətdir. Nəzərə alsaq ki, 2013-2019-cu illərdə ölkədə külək enerjisinin istehsalı 131 dəfə artıb, yəni 0,8 milyon kilovatdan 105,4 milyon kilovata qədər yüksəlib, bu onu göstərir ki, potensial var və Azərbaycan son illərdə bu potensialı genişləndirməyə çalışır”.
Vüqar Bayramov qeyd edib ki, alternativ enerjidən istifadə iqtisadi baxımdan da vacibdir:
“Azərbaycan il ərzində 13 milyard kubmetr təbii qaz istehlak edir. Alternativ enerjidən istifadə olunması ekoloji cəhətdən vacib olmaqla yanaşı, həm də mavi yanacaq istehlakında qənaətə imkan yarada bilər. Qənaət nəticəsində əldə edilmiş təbii qazın xarici ölkələrə ixracı isə daha çox valyutanın ölkəyə daxil olmasına imkan verər. Bu baxımdan alternativ enerji mənbələrindən istifadə həm ekoloji, həm “yaşıl iqtisadiyyat” prinsipləri baxımından vacib olmaqla yanaşı, Azərbaycan üçün valyuta gəlirlərinin artırılması və bütövlükdə iqtisadi potensialın genişləndirilməsi aspektindən də əhəmiyyətli hesab olunur”.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












