Anbardar işlədiyi obyektdən taksi ilə 14 min manatlıq oğurluq etdi - FOTO - VİDEO

Bakıda anbardar işlədiyi obyektdən 14 min manatlıq oğurluq edib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Yanvarın 11-də paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus Dərnəgül qəsəbəsində yerləşən anbardan naməlum şəxslər tərəfindən 14 min manat dəyərində metal-mis ləvazimatlar oğurlanıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini İlham Quliyev və tanışı Nasif Qurbanov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, İlham Quliyev hadisə baş verən obyetdə anbardar işləyir. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Nasif Qurbanovu yanvarın 9-da anbara çağrııb. Həmin şəxslər birlikdə oğurladıqları əşyaları Nasif Qurbanovun avtomobili ilə Sabunçu rayonuna apararaq orada metal qəbulu məntəqələrindən birinə satıblar. Əlavə araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər eyni obyektdən əvvəllər də müxtəlif vaxtlarda 3 dəfə oğurluq ediblər. Onların oğurluq etdikləri obyektə gəlib-getmələri inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.
Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.
İlham Quliyev və Nasif Qurbanovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.




İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB









