Bakıda dayanacaqda avtobus gözləyən qadına hücum edilib

Bakıda quldurluqda təqsirləndirilən Teymur Mirzəyevə hökm oxunub, və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci ilin avqust ayının 27-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, T.Mirzəyev dayanacaqda avtobus gözləyən qadına hücum edib.
Məlumata görə, zərərçəkmiş qadın DİN-in “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək avqustun 27-də evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.
Qadın həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını aldığını deyib.
Hadisə ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.
Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Mirzəyev saxlanılıb.
O, ifadəsində etdiyi hadisəni etiraf edib.
"Report"
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












