Bakıda həkimin çantasından oğurluq edən şəxs saxlanılıb

Bakıda həkimin çantasından oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə rayon ərazisində yerləşən hospitalların birində orada işləyən qadının çantasından kosmetik əşyalarının və bank kartının oğurlanması, həmçinin kartından 1316 manat pulunun çıxarılaraq mənimsənilməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş E.Fərzəliyev müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən digər bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu və pulqabısı olan çantasını dolabdan oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO











