Bakıda koronavirus xəstəsinə cinayət işi açılıb - FOTO

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş Binə qəsəbəsi sakini Şahin Əşrəfovu müəyyən edərək saxlayıblar. Həmin şəxslə izahedici söhbət aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Bu şəxs barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Şahin Əşrəfov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











