Bakıda məşhur klinikanın qarşısındakı xaos nə vaxt düzələcək? - FOTO

Bu məsələyə bəlkə də təkrar toxunmağım yersizdir, amma məcburam. Hər halda qayda pozuntusunun qarşısını almağın ən səmərəli üsullarından biri də onu ictimailəşdirməkdir.
Bu ictimailəşdirmə müəyyən qayda və etik sərhədlər çərçivəsində olmalıdır ki, müəyyən faydası olsun. Bir məsələ ətrafında əsassız hay-küy yaratmağın heç kimə faydası yoxdur.
Xətai Estetik Klinikası qarşısındakı piyada keçidi insanların çox axın etdiyi yerdir. Metroya yaxın olduğu üçün təzə binaların çoxunun sakinləri buradan istifadə edir. Amma sürücülər də bu keçidə maşın saxlamaqdan bezmirlər. Bunlardan biri də bu səhər saat 09.00 radələrində rast gəldiyim 99 AE 202 nömrə nişanlı “Land Cruiser”dir. Maraqlı budur ki, təxminən 20-25 irəlidə və geridə boş və qanuni parklama yeri olduğu halda sürücü məhz keçidin üstünü üstün hesab edib. Görünür, avtomobili park edərkən qanunu yox, gedəcəyi yerə maksimum qısa yolu nəzərə alıb.
Əslində bu təfəkkür çoxlarına tanışdır. Bəzi insanlar hansısa səbəbdən işə maşınsız gəldikləri halda bütün günü həmkarlarının baş-beynini aparırlar. Ya da avtomobili təxminən 50 metr kənarda saxladıqda düşünürlər ki, lazım olan yerə getməyə Hüseyn Bolt olmaq lazımdır.
Vüqar Yaşaroğlu
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO











