Bakıda müşahidə kamerası oğurlanıb

Xəbərlər 24 Yanvar 2022 12:49 Oxunub 582
Bakıda müşahidə kamerası oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda gözəllik salonundan oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyindən Avtosfer.az-a məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 22-nə keçən gecə F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən müşahidə kamerası və kosmetik ləvazimatlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb. 

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh