Bakıda qazi adından istifadə edib karantin qaydalarını pozdular - VİDEO

Sosial şəbəkələrdə polislərin Bakı şəhəri, Sabunçu rayonunda qazilərə qarşı uyğunsuz hərəkətlər etməsi barədə bəzi iddialar yayılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən hadisə zamanı qazi adından istifadə edən həmin şəxslər karantin qaydalarını sərt şəkildə pozub, Nazirlər Kabineti tərəfindən qoyulan tələbləri heçə sayıblar.
Əraziyə polis əməkdaşları yollanıb. Kafenin icarədarları polislərə qaydaları pozmadıqlarını deyib, onlardan biri qazi olduğunu iddia edərək mübahisəyə başlayıb. Baxmayaraq ki, həmin vaxt saat 03:30 olub (Nazirlər Kabinetinin qərarına əsasən ictimai iaşə obyektlərinin saat 00:00-dan sonra fəaliyyət göstərməsi qadağandır).
Sosial şəbəkələrdə yayılan görüntülərdən isə görünür ki, əslində, polis əməkdaşları kafedə işçilərlə adekvat danışır, hətta onların karantin qaydalarını pozmalarına baxmayaraq, təmkinlə polis bölməsinə dəvət edir.
Araşdırmalarımız zamanı məlum olub ki, özünü qazi kimi təqdim edən şəxs Beyləqan rayon sakini 1991-ci il təvəllüdlü İmanov Orxan Sərxan oğludur. Həmin şəxs Vətən müharibəsində iştirak etməyib.
Oxu.Az
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












