Bakıda yerüstü piyada keçidinin sıradan çıxmış eskalatorları təmir edilir - FOTO

Bakının Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidində eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi işlərinə start verilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
"Eskalatorların yenidən qurulması işləri bir-neçə gün ərzində davam etdiriləcək. Bu üzdən vətəndaşlardan aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Ən qısa zaman kəsiyində keçidin eskalatorlarının işlək vəziyyətə salınaraq vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur.
Eskalatorların işləməməsi ilə əlaqədar bir müddətdir piyada keçidində yaranmış və təmir müddətində yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə qurum bəyan edib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi















