Bakının mərkəzində yol bu vəziyyətdədir - VİDEO

Bu küçənin sakinləri, yaşadıqları ərazinin yollarında asfalt örtüyünün olmamasından şikayətçidir. Onlar iddia edirlər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsinin yollarında uzun müddətdir ki, asfalt örtüyü yoxdur. Bununla bağlı Xəzər Xəbər-ə müraciət edən sakinlər iddia edirlər ki, məsələ dəfələrlə aidiyyəti qurumların diqqətinə çatdırılsa da, nəticəsi olmayıb.
Sakinlər deyirlər ki, əraziyə çağırdıqları təcili tibbi yardım maşınları yol yararsız olduğundan ya gəlməkdən imtina edirlər, ya da çox gec gəlirlər.
Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, problem yaxın vaxtlarda aradan qaldırılacaq.
Görünür, 3 ildir səbir edən sakinlərin havaların normallaşmasını gözləməkdən başqa çarələri qalmayıb.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










