Balakəndə ofisdəki seyfi yarmaq istəyən şəxs saxlanılıb - FOTO

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən “Balacans Agro Food” MMC-nin ofisindən oğurluğa cəhd edilməsi ilə bağlı müraciət daxil olub.
Bildirilib ki, qanunsuz olaraq ofisə daxil olan naməlum şəxs(lər) oradakı seyfi yarıb, içərisindəkiləri oğurlamaq istəyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib. Qısa zamanda “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Sarıbulaq kənd sakini Ramazan Abdullayev saxlanılıb.
Aparılmış ilkin araşdırmalar zamanı müəyyən edilib ki, R.Abdullayev gecə saat iki radələrində zavoda hasardan dırmaşaraq daxil olub və ilk öncə təmir-tikinti alətlərinin saxlanıldığı yerə gəlib. Seyfi yarmaq üçün özünə lazım olan alətləri götürdükdən sonra pəncərədən ofisin içərisinə daxil olub. Bir neçə dəfə seyfi sındırmağa cəhd göstərsə də, lakin o, niyyətini həyata keçirə bilməyib. Məqsədinə çatmadıqda isə qaçaraq oradan uzaqlaşıb və yaşadığı ünvana geri qayıdıb. R.Abdullayev ifadəsində ötən ilin avqust-noyabr aylarında həmin MMC-də işlədiyi üçün oranı yaxşı tanıdığını və seyfin yerini əvvəlcədən bildiyini qeyd edib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












