Balakəndə silahlı şəxslərə və narkotacirlərə qarşı əməliyyatlar keçirilib - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışını həyata keçirən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib, 8 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “TT” markalı tapança, 1 ədəd həmin silaha məxsus patron və sandıqça aşkarlanaraq götürülüb. Tapançanı meşədə gizlətmək istəyən M.Məmmədov polis əməkdaşları tərəfindən elə iş başında yaxalanıb.
Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə yaşadığı ünvanda narkotiklərin və psixotrop maddələrin satışını təşkil edən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Gərəkli kənd sakini Teymur Mehdiyev saxlanılıb. Onun evinə baxış keçirilən zaman oradan “patı”, ”şüşə” kimi tanınan metmfetamin və külli miqdarda heroin aşkar edilib.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər rayon sakini- İbrahim Xəlilov, İsa Qurdayev, Rəfael Əliyev və Şahmar Soltanov tutularaq məsuliyyətə cəlb edilib. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana və heroin götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Keçirilən digər tədbir zamanı isə rayon sakinləri Emin Hüseynov və Səfər Şərifov saxlanılıb. Üzərilərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslərin hər biri barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev












