Bayram günlərində rayonlara 76 mindən çox sərnişin daşınıb

Novruz Bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın digər şəhər və rayonlarına 2 813 reyslə 76 369 sərnişin daşınıb.
Bu barədə Avtosfer.az-a qurumdan məlumat verilib.
Bildirilir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
"Bu dövrdə vətəndaşlar vaxt itirməsin deyə əlavə kassalar açılıb, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə hər gün 123 əlavə avtobus buraxılıb. Bayram günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara səfər edən bütün sərnişinlərin tələbatı tam qarşılanıb.
Sərnişinlər təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılıb. Heç bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb", - məlumatda deyilir.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












