"Beş manata 38 kub qaz yüklənir" - "Azəriqaz"dan cavab - VİDEO

Bakı sakini Əsgər Əsgərov ona qazın daha baha qiymətə satıldığını iddia edir. Bildirir ki, smartkart tipli sayğaca hər 5 manat yüklədikdə ona cəmi 38 kub qaz verilir. Qazın hər kubmetrinin qiymətinin 12 qəpik olduğunu nəzərə alsaq, vətəndaşın sayğacına hər 5 manat üçün ən azı 41 kub qaz yüklənməlidir. İddianı yerində yoxlamaq üçün vətəndaşın Əmircan qəsəbəsində yaşadığı ünvanda olduq.
Vətəndaş ''Azəriqaz''a hər hansı borcunun olmadığını, tutulan məbləğin qanunsuz olduğunu deyir. Bildirir ki, 2017-ci ildə ona ''Azəriqaz''a 2000 manat borcunun olması barədə bildiriş gəlib. İş məhkəməyə qədər uzanıb. Xətai Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi həmin borc məbləğinin ''Azəriqaz'' tərəfindən silinməsi məqsədi ilə qətnamə çıxarıb.
Məsələ ilə bağlı ''Azəriqaz'' ilə əlaqə saxladıq. Qurumun sözçüsü Eldəniz Vəliyev bildirdi ki, vətəndaş Əsgər Əsgərovun işlətdiyi qaza görə 2017-ci ildən quruma ümumilikdə 1937 manat borcu yaranıb. Hazırda karta yüklənən hər məbləğ zamanı həmin borc məbləğinin ödənməsi üçün cüzi tutulma olur. Bu səbəbdən də hər 5 manatda vətəndaşa 41 kub deyil, 38 kub qaz verilir.
O da bildirildi ki, məhkəmənin qərarının icrası ilə bağlı quruma müraciət daxil olmayıb. Əgər vətəndaş məhkəmənin qətnaməsini ''Azəriqaz''a təqdim etsə, onun 1937 manat borcu silinəcək. O cümlədən, yüklədiyi hər məbləğə görə tutulmalar da vətəndaşa qaytarılacaq.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










