Bəzi rayonlarda yağıntılar intensivləşib, qar yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 10:00-a olan məlumatında qeyd edilib.
Qar örtüyünün hündürlüyü Şahdağda 90, Zaqatalada (Əlibəy) 27, Qrızda 10, Daşkəsən və Xınalıqda 8, Gədəbəydə 5, Qax (Sarıbaş) və Qusarda (Laza) 4, Kəlbəcərdə 3, Laçında 2, Şuşa və Xankəndidə 1 sm-dir.
Düşən yağıntının miqdarı Oğuz və Balakəndə 38, Qaxda 32, Şəkidə 31, Mingəçevirdə 23, Yevlaxda 19, Qəbələdə 18, Sədərəkdə 17, Goranboyda 15, Naftalanda 14, Şahbuz və Ağdamda 9, Qusar və Göyçayda 8, Tərtərdə 7, Culfada 6, Bərdə, Ordubadda 5, Lənkəran, Quba, Şərurda 4, Ağstafa, Zərdabda 3, Yardımlı, İsmayıllı, Xızı, Şamaxı, Göygöldə 2, Naxçıvan, Gəncə, Şamaxı, Qobustan, Şabran, Xaçmaz, Ağsu, Sabirabad, İmişli, Kürdəmir, Biləsuvar, Astara, Lerik, Qubadlı, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.
Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 22, Yevlaxda 21 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Şəki, Quba, Qax (Sarıbaş), Zaqatala, Qobustan, Şamaxı, Xızı, Balakən, Göygöl, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
***
Azərbaycanın iki rayonuna qar yağıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib.
Qar əsasən Daşkəsən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə, Astaf kimi ucqar kəndlərinə və Gədəbəy rayonuna yağıb.
Daşkəsəndə qar örtüyünün hündürlüyü təxminən 5-6 santimetrə, Gədəbəydə isə təxminən 10 santimetrə çatır.
İnfrastrukturla bağlı heç bir çətinlik yaranmayıb. Qarın yağması yollarda heç bir çətinlik yaratmayıb.
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib












