Biləsuvarda polisi bıçaqlayan şəxsə hökm oxunub

Biləsuvar rayonunda polisi öldürməyə cəhddə təqsirləndirilən Sərvan Yaqubova hökm oxunub və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az Reporta istinadən xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, hadisə 2021-ci il iyulun 30-da Biləsuvar rayonu ərazisində qeydə alınıb.
Belə ki, S.Yaqubov Cəbrayıl rayon sakini olan tanışı, polis serjantı Qurban Qurbanovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
S.Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












