Biləsuvarda tutulan narkokuryerin çantasından 16 kq narkotik aşkarlanıb - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 16 kiloqrama yaxın əsasən güclü təsir edən xassəyə malik olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində saxlanılıb.
Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təkcə son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 14 fakt aşkarlanıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO











