Bir neçə rayona avtobusların hərəkəti dayandırılıb?

Qeyri-qanuni sərnişin daşımaları bəzən qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına problem yaradır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sabirabad, Saatlı, Beyləqan, Masallı, Oğuz və İsmayıllı rayonlarına sərnişindaşımanın həyata keçirilməməsi ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, avtobusların sayı sərnişin axınına uyğun olaraq, daşıyıcıların da rentabelliyi nəzərə alınaraq tənzimlənir.
Qeyd etdiyiniz istiqamətlər üzrə bu gün üçün Sabirabada 2, Saatlıya 1, Beyləqana 3, Masallıya 3 avtobus reysi nəzərdə tutulub. Oğuz istiqamətində 9 orta tutumlu avtobus, Oğuzun Xaçmaz kəndinə isə əlavə olaraq 4 mikro avtobus, İsmayıllıya 2 avtobus yola düşəcək. Ancaq sərnişin olmadığı tədqdirdə təbii ki, avtobusların boş hərəkət etməsi mümkün deyil. Belə hallara ciddi şəkildə təsir edən əsas amil isə avtovağzaldan kənar yerlərdən qeyri-qanuni sərnişin daşımalarıdır. Bu isə bəzən qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına problem yaradır.
Qeyd edək ki, bayram günlərindən sonra rayonlara üz tutan sərnişinlərin sayında kəskin azalma müşahidə edilir.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










