BNA-da yüksək vəzifə verilən məşhur reper danışdı - "Təlimlər önəmlidir" - FOTO

Xəbər verdiyimiz kimi, “Qurd” ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib. BNA-da Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışan Fərid Eminov yeni işi, eyni zamanda reper olaraq da sənətinə davam edib-etməyəcəyi ilə bağlı publika.az-ın suallarını cavablandırıb.
- Fərid bəy, neçə müddətdir Bakı Nəqliyyat Agentliyində çalışırsınız?
- Artıq 7 aydır ki, BNA-da işləyirəm.
- Necə oldu baş mühəndis kimi işə başladınız?
- Mən universiteti bitirəndən, 22 yaşımdan mühəndis kimi neft qazmada, neft istismarda, kimyəvi zavodda, BP-də (British Petroleum) “Azerenerji”də, bir çox kimyəvi zavodlarda mühəndis kimi işləmişəm. Hazırda BNA-da bu vəzifəyə boş yer olduğu üçün mən də müraciət etmişəm, müsahibədən keçmişəm və işləyirəm. Burada qeyri-adi bir şey yoxdur.
- Qərarınıza pandemiyanın təsiri oldumu?
- Xeyr, pandemiyanın heç bir təsiri yoxdur, mən əvvəldən bu sahədəyəm.
- Pandemiya bitdikdən sonra necə olacaq, toylarla bərabər tənzimləyə biləcəksinizmi?
- Əlbəttə, həmişə elə olub. Mən əvvəldən bir çox şirkətlərdə mühəndis kimi işləmişəm. Bu sahədə dayanmamışam, daim fəaliyyət göstərmişəm. Bəlkə də bunu çoxu bilmirdi, ancaq 22 yaşımdan mühəndis olaraq çalışıram. Həm də niyə tənzimləməyək ki? İnsan çalışmalıdır, işləməlidir. Bu da ikinci işimdir, niyə də olmasın. Ömrü boyu iki işlə məşğul olmuşam, niyə indi də ikisi ilə məşğul olmayım ki?

- Sənət dostlarınız necə reaksiya göstərdi?
- Həmkarlarımın çoxu bilirdi ki, mənim əlavə işim var və həmişə də işləmişəm. Yəni bu, onlar üçün yeni bir xəbər deyil.
- Yəqin BNA-dakı işinizlə əlaqəli ixtisasdan məzunsunuz.
- Azərbaycan Texniki Universitetini bitirmişəm. Əməyin mühafizəsi üzrə mühəndisəm, bu sahə üzrə məzunam.
- Bu sahədə yəqin ki, özünüzü inkişaf etdirməyi düşünürsünüz.
- Əlbəttə. Əgər mühəndisiksə, hazırkı dövrdə inkişaf əlbəttə ki, vacibdir. Təlimlər və s. önəmlidir.
- Uğurlar arzulayırıq sizə.
- Təşəkkür edirəm.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












