Bu ölkələrdən quş əti və yumurta idxalı məhdudlaşdırıldı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiyanın Qərbi Finlandiya, Rusiyanın Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrailin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, Cənubi Afrika Respublikasından diri atların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq və Qərbi Keyp, Rusiyanın Krasnodar, Finlandiyanın Qərbi Finlandiya inzibati ərazi vahidlərində xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzairdən, Cənubi Afrika Respublikasından, Finlandiyadan və Rusiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












