Cavanşir Feyziyev xüsusi ittiham qaydasında məhkəməyə verildi

Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilib. Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir. Fevralın 17-də Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












