Cəlilabadda narkokuryerlər tutulub - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 19 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Nurlan Rəhimov və Adəm Təhməzov saxlanılıblar. Onlara məxsus torbadan ayrı-ayrı bağlamalarda 9 kiloqram 200 qrama yaxın heroin, 3 kiloqram 640 qram tiryək, 6 kiloqram 530 qram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi













