Çin-Azərbaycan ikinci konteyner qatarı Bakıya çatıb

Çinin Sindao şəhərindən Azərbaycana yola salınan ikinci konteyner blok qatarı Bakı limanına çatıb. Qatar hər biri 40 futluq olmaqla 51 konteynerdən ibarətdir.
“ADY Konteyner” MMC-dən Avtosfer.az-a verilən məlumata görə, daşıma Çin Dəmir Yolları (CRCT) və Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” və “GR Logistics and Terminals”ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Konteynerlər Aktau limanına çatdıqdan sonra operatoru “ADY Konteyner” MMC olan “Baris” fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb.
Blok qatara daxil olan 10 konteyner Bakıdan Gürcüstana, 3-ü isə Türkiyəyə yola salınacaq.
Qeyd edək ki, Sindao-Bakı marşrutu ilə ilk konteyner blok qatarı bu ilin fevralında Bakıya çatıb.
2021-ci ilin sonunadək “ADY Konteyner” tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












