"COVID-19-dan qorunmağın ən effektiv yolu araqdır" - Alim

Rusiyalılara araqla özlərini koronavirusdan qorumağı tövsiyə edən tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov deyib ki, bu üsul həqiqətən də virusdan qorunmağa kömək edəcək.
Avtosfer.az xəbər verir ki, alimin sözlərinə görə, spirtlə inhalyasiya həqiqətən virus yükünü azaltmağa kömək edir.
“Əgər siz onu maskanın üzərinə az miqdarda töksəniz və bir az nəfəs alsanız, bu, əlbəttə ki, xəstəlikdən qorumayacaq, ancaq virus yükünü azaldacaq” - Sergey Kolesnikov qeyd edib.
Kolesnikov daha əvvəl demişdi ki, araqın inhalyasiyası koronavirusun yeni ştamı olan “omikron”a müqavimət göstərməyə kömək edəcək. Alimin sözlərinə görə, bunun üçün bu spirtli içkini tibbi maskanın üzərinə çiləyib nəfəs almaq lazımdır.
Bu cür tövsiyələrinə görə akademik tibb ictimaiyyətinin tənqidinə tuş gəlib. Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Gennadi Onişenko “omikron”a qarşı araqdan inhalyasiya etmək məsləhətini “axmaq zarafat” adlandırıb.
Viral İnfeksiyaların Qarşısının Alınması və Müalicəsi üzrə Tədqiqat Mərkəzinin direktoru Georgi Vikulov da "omikron"a qarşı araq inhalyasiyalarının effektivliyi barədə bəyanatı yanlış adlandırıb.///publika.az
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











