Dənli bitkilərin ölkədən çıxarılması məhdudlaşdırılıb

Bu il dekabrın 31-dək dənli bitkilərin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.
Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında
istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb. Qərara əsasən, eyni zamanda un üyütmə -yarma sənayesi məhsulları, səməni, nişastalar, inulin, buğda özü, yağlı toxumlar və bar, digər toxumlar, bar və dən, dərman bitkiləri və texniki bitkilər, saman və yem, isti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti, makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni kimi makaron məmulatları; hazırlanmış və ya hazırlanmamış kuskus; Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemin də Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.
Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












