Deputat Müdafiə Nazirliyindəki həbslərdən danışdı: “Divləri” aradan qaldırmaq lazımdır”

Milli Məclisin iclasında deputat Fazil Mustafa Müdafiə Nazirliyindəki həbslərdən danışıb.
Avtosfer.az-ın məlumatına əsasən, F.Mustafa bildirib ki, Müdafiə Nazirliyində aparılan yoxlamalar onu sevindirir.
“Biz nazirliyin bütün strukturlarında kök atmış köstəbəkləri aradan qaldırmalıyıq”, - deyə Fazil Mustafa əlavə edib.
Həbs olunanlar arasında Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov da var. O, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirli bilinir.
Fazil Mustafa həmin şəxsin adını da çəkib:
“Ötən gün oxudum ki, orada Məlikməmməd adında bir zabiti də tutublar. Əsas orada oturan “div”ləri aradan qaldıraq. Həmin vəsaitlər bir nəfərin əli ilə mənimsənilə bilməz”.
Millət vəkili təklif edib ki, həbs olunan şəxslərdən müsadirə olunan vəsaitlər hərbçilərə, Qarabağda xidmət edənlərə verilsin.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO











