DİQQƏT!!! - Koronavirus pasportu 28 Fevraldan .....

Fransa hökuməti ölkədə həyatı xeyli çətinləşdirən pandemiya ilə mübarizə üzrə bir sıra sərt tədbirlərin yumşaldılacağını elan edib.
Avtosfer.az “Kommersant”a istinadən xəbər verir ki, fevralın 13-dən sərhədi keçərkən Avropa peyvəndi ilə vaksin olunmuşların hamısı dekabr ayından bəri onlardan tələb olunan test nəticələrinə ehtiyac duymayacaqlar. “Omikron” variantının yayılmasından əvvəl olduğu kimi, ölkəsindən asılı olmayaraq, turistlər Fransaya gəlmək üçün sadəcə peyvənd olunduqlarını göstərən sənədlə sərhədi keçə biləcək”, - hökumətin press-relizində deyilir. Fevralın 28-dən isə Səhiyyə Nazirliyi qapalı yerlərdə sanitar pasportun varlığı halında maska taxılması qaydasını ləğv edəcək. Yalnız nəqliyyatda və qapalı yerlərdə maska taxmaq məcburi olacaq. Sanitar (COVİD) pasportun əhatə etdiyi digər qapalı yerlərdə maska taxmaq artıq məcburi olmayacaq”, - məlumatda vurğulanıb. Ölkənin səhiyyə naziri Olivye Veran və hökumətin sözçüsü Qabriel Attal Fransada yaza qədər sanitar pasportun ümumiyyətlə ləğv edilə biləcəyini söyləyiblər.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











