DTX-nin həbs etdiyi bölmə rəisi hakim qarşısına çıxarılır

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və hospitalın digər əməkdaşı Hüseyn Ağayev hakim qarşısına çıxarılır.
“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən müavinət ödənilməsinə görə rüşvət almaqda ittiham edilən V.Eyvazov və H.Ağayevlə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq yekunlaşıb.
İstintaqla onların bir sıra hərbçilərdən müharibədə aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
DTX əməkdaşları Vüsal Eyvazov və Hüseyn Ağayevi cinayət başında yaxalayıb.
Onların barəsində başladılan cinayət işinin istintaqı tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib. İşə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyən olunacaq.
Qeyd edək ki, Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvətalma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvətalmada iştirakçılıq) maddələri ilə mühakimə olunacaqlar.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











