Yeni tikilməkdə olan 10 evdən oğurluq edən şəxslər saxlanılıb - VİDEO

Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkən Pirallahı Rayon Polis Şöbəsinə müraciət edərək evdən məişət əşyalarının oğurlandığını bildirib.
Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 9 sakinin ərizəsi Polis Şöbəsində qeydə alınıb. Onlar da evlərdən tikinti materialları, təmir-tikinti alətləri və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakinləri Xəyal Şirinov və Elman Əzizov saxlanılıblar. Onlar izahatında etdikləri oğurluqları etiraf ediblər.
Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət İşi başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










