Əcnəbilərin ölkəyə girişinə qoyulan qadağa daha bir ay uzadılıb

Kanada xarici vətəndaşların ölkəyə girişinə qoyulan məhdudiyyətləri mayın 21-dək uzadıb.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kanadanın İctimai Təhlükəsizlik naziri Bill Bler özünün "Twitter" səhifəsində yazıb.
"Ölkədə koronavirusun aktiv hallarının və variantlarının sayının artması narahatlıq doğurur. Kanadalıların təhlükəsizliyinin təmin olunması üçün lazım gələn hər şeyi edəcəyik. Əcnəbilərin Kanadaya girişinə qoyulan məhdudiyyətlər 2021-ci il mayın 21-nə qədər uzadılıb", - deyə Bill Bler bildirib.
Hazırda Kanada ərazisində 87 min 872 aktiv koronavirus xəstəsi var. Pandemiyanın əvvəlindən bəri ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 23 min 713 nəfərə çatıb.
Xatırladaq ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, aprelin 20-dək dünyada 143 milyon 622 mindən çox yoluxma və 3 milyon 59 mindən çox ölüm faktı qeydə alınıb, 122 milyon nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 18 milyon 297 min nəfərdən 109 min 406-nın vəziyyəti ağır qiymətləndirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












