Elektron qolbaq tətbiq edilən məhkumlara necə nəzarət edilir? - VİDEO

Azərbaycanda bir neçə ildir ki, şərti məhkum edilən və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən şəxslərə nəzarət elektron qolbaqla həyata keçirilir. Bəs bu proses necə icra olunur və qolbağa müdaxilə edilərsə nəzarət orqanı bundan necə xəbər tutur?
Törətdiyi cinayət nəticəsində məhkəmənin qərarı ilə elektron qolbaq tətbiq edilən şəxslər əvvəlcə Ədliyyə Nazirliyinin Probasiya Elektron Monitorinq Mərkəzinə dəvət edilirlər. Sonra şərti azad edilən məhkuma təyin edilən müddət ərzində hansı ərazilərdə ola biləcəyi, həmçinin digər hüquq və vəzifələri izah olunur.
Daha sonra onun üzərinə məhkəmə tərəfindən tətbiq edilən ərazi və vaxt məhdudiyyətinin icrasına başlanır.
Probasiya Elektron Monitorinq İdarəsinin rəisi Nəvai Əlizadə deyir ki, 2018-ci ilin may ayından etibarən cəzaların icrası zamanı elektron nəzarət vasitələri tətbiq olunur. İdarə rəisinin sözlərinə görə, bu günə qədər 10 mindən çox şəxsə elektron nəzarət vasitəsi tətbiq edilib. Hazırda isə ölkə üzrə 3 mindən çox məhkum Elektron Monitorinq Mərkəzindən izlənir.
Qeyd edək ki, elektron qolbaq cəza müddəti başa çatana qədər məhkumun ayağından açılmır. Hətta qolbaq açılmadan elektrik yığması üçün cərəyana qoşulur.
Xatırladaq ki, elektron qolbaq tətbiq edilən bütün məhkumlar Monitorinq Mərkəzində 24 saat izlənir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












