Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı

"Gəncə hadisələri"nə görə həbs edilən və təcridxanada ölən Müşfiq Qurbanov ittiham olunduğu 10 maddə üzrə bəraət alıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Müşfiq Qurbanov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunaraq Moskvada həbs olunub.
Bakıya gətirildikdən sonra təcridxanada vəfat edən Müşfiq Qurbanov sabiq icra başçısına sui-qəsddə ittiham olunurdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi M.Qurbanovun bu və digər daha 9 cinayət əməli törətmədiyini aşkar edib. Onun Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmadığı, adam öldürməyə cəhd və buna bənzər başqa maddələri törtmədiyi sübut olunub.
O, yalnız hazırda həbsdə olan Yunis Səfərovla əlbir olub, terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilinib. Lakin öldüyünə görə ona bu maddələrlə cəza təyin olunmayıb.
Xatırladaq ki, Qurbanovla birlikdə Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxov da var. O da ittiham olunduğu 11 maddə ilə bəraət alıb.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











