Ət bahalaşdı, qiymətlər açıqlandı - VİDEO

Paytaxtdan sonra ətin qiymətində olan artım dalğası bölgələrə də çatıb.
Bura Tovuzun mərkəzi ticarət mərkəzindəki ət satışı bölməsidir. Satışa çıxarılan iri və xırdabuynuzlu heyvan ətlərinin satış qiymətində artım var. Alıcılar deyirlər ki, son vaxtlar ət xeyli bahalaşıb və bu fərq bəzi hallarda 4 manata çatır.
Satıcılar qiymət artımını fərqli səbəblərlə izah edirlər. Onların sözlərinə görə, heyvan yemindəki qiymət artımı fermerlərə təsir etdiyi üçün onlar da heyvanları baha satırlar.
Bərdədə də quzu ətində bahalaşma qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 12 manata satılan quzu əti indi 3 manata qədər bahalaşıb.
Bərdədə mal ətində isə qiymət artımı yoxdur. Rayonda mal ərinin qiyməti 9-10 manat arasında dəyişir. Ancaq satıcılar bazarda heyvanın diri çəkisinin bahalaşdığını deyirlər. Qeyd edək ki, bölgələrdə ət satışındakı qiymət artımı yanvar ayından müşahidə olunur.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












