Evində tiryəkxana təşkil edən 5 nəfər tutulub - VİDEO

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.
DİN-dən Avtosfer.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin 20 və 21-ci Polis Bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Qadir Nəsibovun üzərindən, eləcə də yaşadığı evdən 5 kiloqram 120 qram heroin, Orxan Hacıbabayev, Tərlan Ələkbərov, Hacıməmməd Məmmədov və Pərviz Kərimovdan isə 2 kiloqram müxtəlif xassəli narkotik vasitələr aşkar olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər. Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan şəxslər külli miqdarda maddi qazanc müqabilində həmin narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik vasitələrin satışını həyata keçiriblər. Araşdırma zamanı müəyyən edilib ki, Qadir Nəsibov evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil edib. O, narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb. Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ













