Fərid Qayıbov velosiped məktəbinə yeni direktor təyin edib

Gənclər və idman naziri Fərid Qayıbovun Əmri ilə Səməndər Allahverdiyev Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinə (ROEQİUGVM) direktor təyin edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yeni direktorun kollektiv üzvlərinə təqdimat mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Elnarə Musayeva və İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər.
S.Allahverdiyevi təyinatı münasibətilə təbrik edən Raqif Abbasov ona gələcək fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, nazirliklə federasiyanın birgə səyləri nəticəsində velosipedçilərin ustalıq səviyyəsinin daha da artırılması üçün olduqca münbit şərait var.
ROEQİUGVM-in yeni direktoru ona göstərilən yüksək etimada görə F.Qayıbova təşəkkürünü bildirərək məktəbin ənənələrinin qorunması və daha da inkişaf etirilməsi üçün var gücü ilə çalışacağını deyib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












