Formula 1 yarışlarının açılış mərasimlərində hərbi təyyarələrin uçuşu qadağan edilib

Formula 1 üzrə dünya çempionatının bəzi mərhələlərinin açılış mərasimlərində hərbi təyyarələrin nümunəvi uçuşu qadağan olunub.
Avtosfer.az xəbər verir ki, Qran-prilərin təşkilatçıları bununla bağlı Formula 1 rəhbərliyindən məktub alıblar. Qadağaya səbəb Formula 1 proqramı çərçivəsində karbon emissiyalarının 2030-cu ilədək azaldılması istəyidir.
Hərbi təyyarələrin uçuşları adətən Monzada, Silverstoun və digər Qran-prilərin açılış mərasimlərində keçirilir. Bu uçuşlar 2022-ci ildən qadağan ediləcək.
Qadağanın digər səbəbi də Formula 1 rəhbərliyinin belə şouların hərbi nümayiş kimi qəbul oluna biləcəyindən və ya ölkələrə hərbi qüdrətlərini nümayiş etdirmək üçün platforma təqdim olunması kimi qələmə verilməsindən ehtiyatlanmasıdır.
Təşkilatçılara köhnə təyyarələr və ya kommersiya təyinatlı laynerlərlə parad keçirməyə icazə verilib. Belə ki, aviaşirkətlərdən ekoloji cəhətdən təmiz yanacaqdan istifadə tələb olunur.
Qeyd edək ki, ötən il Bəhreyn Qran-Prisi başlamazdan əvvəl “Gulf Airlines” şirkəti ikinci nəsil bioyanacaqla təchiz edilmiş “Boeing 787-9 Dreamliner” təyyarəsinin uçuşunu təşkil etmişdi.
AZƏRTAC
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










